Bank Of Baku

Yeni dərs ilindən Azərbaycanda ali məktəblər və uşaq bağçaları ilə bağlı yeni məlumat bazası fəaliyyətə başlayacaq

Yeni dərs ilindən Azərbaycanda ali məktəblər və uşaq bağçaları ilə bağlı yeni məlumat bazası fəaliyyətə başlayacaq
# 07 iyun 2010 10:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Təhsil Nazirliyi ölkədəki məktəbəqədər təhsil və ali məktəblərin məlumat bazasını hazırlayır. Bu barədə APA-ya məlumat verən Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün ümumi məlumatlar toplanılıb. Müəyyən məlumatların kodlaşdırılması və sistemləşdirilməsi artıq başa çatıb. Hazırda fərdi statistik məlumatlar toplanılır.

İ. Sadıqov deyib ki, ali məktəblərin məlumat bazasının yaradılmasının ilk mərhələsi – elmlər doktorları ilə bağlı məlumatların toplanılması həyata keçirilib. Hazırda məktəblərin maddi-texniki bazası və tələbələr bağlı məlumatların toplanılmasının proqram təminatı üzərində iş aparılır. Şöbə müdirinin sözlərinə görə, yeni tədris ilindən hər iki baza fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR