Bank Of Baku

Bu ildən orta məktəblərdə buraxılış imtahanlarında iştirak edən imtahan nəzarətçilərini Təhsil Nazirliyi xüsusi proqramla təyin edir

Bu ildən orta məktəblərdə buraxılış imtahanlarında iştirak edən imtahan nəzarətçilərini Təhsil Nazirliyi xüsusi proqramla təyin edir
# 07 iyun 2010 10:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ildən orta məktəblərin buraxılış imtahanlarında iştirak edən imtahan nəzarətçiləri Təhsil Nazirliyi (TN) tərəfindən xüsusi proqramla təyin edilir. Bu barədə APA-ya TN-nin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə, əvvəllər imtahan nəzarətçiləri olan müəllimlərin siyahısını yerli təhsil şöbələri TN-ə təqdim edirdi: “Amma sonrakı analizlər göstərir ki, bunların bəziləri ixtisas müəllimləri olub. İndi isə biz artıq ümumtəhsil müəssisələrin məlumat bazasında proqram təminatı ilə nəzarətçilər müəyyən edirik”.

İ. Sadıqov deyib ki, proqram seçim zamanı imtahan nəzarətçiləri ixtisas müəllimləri olmur. Nəzarətçilər ibtidai sinif, fiziki tərbiyə və qeyri-ixtisas fənləri üzrə olan müəllimlər ola bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR