Bank Of Baku

Azərbaycanın qərb bölgəsində buraxılış imtahanları keçirilib

Azərbaycanın qərb bölgəsində buraxılış imtahanları keçirilib
# 07 iyun 2010 13:10 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva-APA. Bu gün Təhsil Nazirliyi Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21975 şagird 75 imtahan mərkəzində imtahan verib. İyunun 8-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək.
Bu gün qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR