Bank Of Baku

Bolqarıstanda Qara dəniz regionu vətəndaş cəmiyyəti institutlarının problemləri müzakirə olunub

Bolqarıstanda Qara dəniz regionu vətəndaş cəmiyyəti institutlarının problemləri müzakirə olunub
# 07 iyun 2010 16:33 (UTC +04:00)
Bakı – APA. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəsi Məhəmməd Quluzadə Bolqarıstanda vətəndaş cəmiyyəti ekspertlərinin toplantısında iştirak ediblər. İTM İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, iyunun 2-də Nessebar şəhərində Qara dəniz ölkələrinin aparıcı qeyri-hökumət təşkilatlarının ekspertlərinin iştirakı ilə başlayan toplantıya Bolqarıstanın Qeyri-kommersiya Hüququ üzrə Mərkəzi ev sahibliyi edib.

Müxtəlif ölkə təcrübələri arasında ən çox maraq doğuranı Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti olub. Azərbaycandakı vəziyyətin təqdimatı zamanı mövcud qanunvericilikdə baş verən neqativ dəyişikliklərə və təşəbbüslərə, eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və fəaliyyəti, eləcə də “Könüllülər haqqında” qanunun qəbulu və tətbiqi kimi müsbət meyllərə də toxunulub. Konfransın sonunda region ölkələrində vətəndaş cəmiyyətinin problemlərinin daim diqqət mərkəzində saxlanılması və müntəzəm olaraq ekspert görüşlərinin təşkili qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR