Bank Of Baku

Rusiya ali təhsil müəssisələrinə bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib

Rusiya ali təhsil müəssisələrinə bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qəbulu üçün imtahan keçirilib
# 08 iyun 2010 09:42 (UTC +04:00)
Bakı – APA. Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının qəbulu üçün Ümumrusiya Azərbaycan Konqresi tərəfindən sənəd qəbulu aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 6-da Heydər Əliyev Fondunun və Ümumrusiya Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Moskva şəhərində Rusiyanın ali təhsil müəssisələrinə həmin ölkədə yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 148 abituriyentdən 40 nəfəri müsabiqə şərtlərini ödəyərək RF-nin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Müsabiqədən keçənlərdən 4 nəfəri I qrupu üzrə, 10 nəfəri II qrup, 18 nəfəri III qrup, 8 nəfəri isə IV qrup üzrə ixtisaslara qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR