Bank Of Baku

“Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 08 iyun 2010 10:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyində “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən təşkil olunub.

Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova müsabiqədə 10 qalibin seçildiyini deyib. Onlardan 5 nəfəri Meksika, 4 nəfəri Azərbaycan, 1-i isə Cənubi Afrika Respublikasındandır. Mayın 12-də Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. R. Hüseynova bildirib ki, Azərbaycandan Ayna Əliyeva (“Qadınların statusu” çağırışı üzrə), Aydan Xələfova (“Sülh və münaqişə” çağırışı üzrə), Şərqiyyə Məmmədova (“Dayanıqlı İnkişaf” çağırışı üzrə), Lalə Həsənova (“İnformasiya və kommunikasiya” çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən “Qlobal Minillik Prizi” müsabiqəsində I yerə layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR