Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu düşəcək, leysan və dolu gözlənilir

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu düşəcək, leysan və dolu gözlənilir
# 08 iyun 2010 11:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya bildirib ki, bu müddətdə əsasən, gecə və axşam saatlarında respublikanın bəzi rayonlarında lokal leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Qərb rayonlarına dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 2-4 dərəcə enəcək. İyunun 9-10-da Bakıda havanın temperaturu 30-34 dərəcə isti olacaq. Ötən gün ərzində isə Abşeron yarımadasında 36-37 dərəcə isti qeydə alınıb.

İyunun ilk ongünlüyünün sonlarında Aran rayonlarında temperatur 31-36, dağlıq ərazilərdə isə 21-25 dərəcə isti olacaq.

U. Tağıyeva deyib ki, artıq rayonlarda yağıntılı hava şəraiti müşahidə edilir. İyunun 8-də ən çox yağıntı Kiçik Qafqazda, Daşkəsən-Gədəbəy zonasında (11-15 mm) qeydə alınıb. Mərkəzi Aran rayonlarında qeydə alınan yağıntılar 1 mm-dək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR