Bank Of Baku

Umayra Tağıyeva: “Kür, Araz və Qanıx çaylarında sululuq artacaq, bəzi dağ çaylarında daşqın gözlənilir”

Umayra Tağıyeva: “Kür, Araz və Qanıx çaylarında sululuq artacaq, bəzi dağ çaylarında daşqın gözlənilir”
# 08 iyun 2010 14:00 (UTC +04:00)
Kürün Qıraqkəsəmən məntəqəsinin məlumatına görə, mayın 27-dən burada suyun səviyyəsi azalmağa başlayıb. Mayın 27-dən iyunun 8-dək Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 56 sm azalıb. Hazırda orada su sərfi saniyədə 505 kub/metrdir ki, bu da normanın 84%-ni təşkil”. Bu sözləri APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, Kürə daxil olan çayların da səviyyəsində azalma qeydə alınır. Artıq Qanıxın Əyricay məntəqəsində iyunun ilk həftəsində səviyyə 40 sm azalıb, su sərfi isə normanın 86%-i təşkil edir: “Buna baxmayaraq, Kür çayının aşağı axınında yüksək səviyyə hələ müşahidə edilməkdədir. Kürün aşağı axınında yüksək sululuq hələ davam edəcək”.

Kür çayında gözlənilən vəziyyətə gəldikdə, U. Tağıyeva deyib ki, Azərbaycanda çaylarda gur sululuq müddəti üç ayı - aprel, may, iyun aylarını əhatə edir. Buna görə də indidən çaydakı vəziyyətin hansı tarixdə düzələcəyini demək bir qədər tez olar: “Bununla belə, iyunun 10-dək hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar çaylarda, əsasən də Kür, Araz, Qanıx çaylarında sululuq artacaq. Bəzi dağ çaylarından isə qısamüddətli daşqın keçəcəyi gözlənilir. Amma bu, elə də ciddi proses olmayacaq”.

Nazirlik rəsmisi bildirib ki, hazırda Böyük Qafqazın çaylarında, xüsusən Quba, Qusarın dağ çaylarında yüksək sululuq müşahidə edilir. Bunun da əsas səbəbi dağlardakı qar ehtiyatının əriməsidir: “Təbii ki, dağ çaylarının da bəziləri Kürə təsir edir. Quba bölgəsinin çayları isə birbaşa dənizə axır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR