Bank Of Baku

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yubileyi qeyd olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yubileyi qeyd olunub
# 09 iyun 2010 09:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, 1920-ci ildə yaradılan bu ittifaq indiyə qədər fəaliyyət göstərir: “Müəllimlərin, təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, asudə vaxtlarını səmərəli keçirməsində, yay istirahətlərinin təşkilində, uşaqlarının istirahət düşərgələrinə göndərilməsində bu qurumun çox böyük xidmətləri var”.

Tədbirdə prezidentin sərəncamı ilə təltif olunmuş insanlara “Tərəqqi” medalı və “Əməkdar mədəniyyət işçisi” fəxri adı diplomları, eləcə də Həmkarlar İttifaqları Konfederasiyasının “Həmkarlar ittifaqlarına xidmətə görə” medalı və digər mükafatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisi və tələbəni birləşdirir. İttifaq üzvlərinin 251299 nəfəri qadınlar, 133181 nəfəri kişilərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR