Bank Of Baku

Belarus Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Belarus Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək
# 09 iyun 2010 10:19 (UTC +04:00)
Bakı-APA. İyunun 10-da Belarus Təhsil Nazirliyinin nümayəndə heyətinin üzvləri Çeçukoviç Yuriy Valereviç və Şukin Aleksandr Valereviçin Azərbaycana səfərə gələcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çeçukoviç Yuriy Valereviç Respublika Tələbə İttifaqının sədri, Minsk şəhər Sovetinin deputatı, Şukin Aleksandr Valereviç isə Respublika Gənc alimlər Şurasının sədri, Belarus Elmlər Akademiyasının şöbə müdiridir.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər və idman nazirliyində görüş keçirəcəklər.
Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədi ilə Belarusdan gələn qonaqlar İşəri Şəhərə (Şirvanşahlar sarayı, Qız Qalası), Azərbaycan Tarix Muzeyinə ekskursiya edəcəklər.

Azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaq üçün onlar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, “İrəli” İctimai Birliyinin ofisində görüşlər keçirəcəklər.

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatları İttifaqında iyunun 11-də keçiriləcək görüş zamanı hər iki ölkə arasında Niyyət Protokolunun da imzalanması nəzərdə tutulub.

Nümayəndə heyətinin səfəri iyunun 13-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR