Bank Of Baku

“Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzusunda elmi konfrans keçirilib

“Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzusunda elmi konfrans keçirilib
# 09 iyun 2010 10:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə aparıb. Onun sözlərinə görə, Azərbaycan xalqının azadlıq mücadiləsinin tarixində bir çox şərəfli səhifələr olub. Bu səhifələrdən biri Cənubi Azərbaycanda baş verən Şeyx Məhəmməd Xiyabani Hərəkatı ilə bağlıdır: “Hərəkat 1917-ci ildə başlayıb. Amma getdikcə daha da güclənib, 1920-ci ilin iyununda Cənubi Azərbaycanda ilk dəfə olaraq Azadistan Muxtar Vilayəti elan olunub”.

G. Baxşəliyeva bildirib ki, bu azadlıq hərəkatı ilk növbədə xalqın oyanışı baxımından əhəmiyyətlidir. Qısa zamanda bu hərəkatın başında duranlar, ilk növbədə Şeyx Məhəmməd Xiyabani proqram hazırlayıb. Bu proqramda bütün demokratik təsisatlar, milliləşmə, məktəblərdə tədrisin Azərbaycan dilində keçirilməsi öz əksini tapıb: “Qısa müddətdə mümkün olan işlər də görülüb, mədəniyyətdə Azərbaycan məfkurəsi daha qabarıq nəzərə çarpmağa başlayıb xalq təsərrüfatı, iqtisadi sahələrdə islahatlar aparılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR