Bank Of Baku

Səttar Mehbalıyev: “Naftalan sanatoriyasında məskunlaşan məcburi köçkünlər bu yaxınlarda başqa yerə köçürüləcək”

Səttar Mehbalıyev: “Naftalan sanatoriyasında məskunlaşan məcburi köçkünlər bu yaxınlarda başqa yerə köçürüləcək”
# 09 iyun 2010 10:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Bilgəh”, “Abşeron”, “Qaranquş” sanatoriyalarında müasir səviyyədə təmir işləri görülüb, 45 nəfərlik yeni korpus bu günlərdə istifadəyə veriləcək. Bunu APA-nın yay istirahət mövsümünə hazırlıqla bağlı sualını cavablandıran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

Azərbaycanın sanatoriya və istirahət mərkəzlərinin bir qismində qaçqın və məcburi köçkünlərin məskunlaşdığını xatırladan S. Mehbalıyev bildirib ki, konfederasiya öz üzvlərinin istirahətini səmərəli təşkil etmək üçün Daxili İşlər Nazirliyinin pansionatına təşkilatın hesabına yollayışlar alır: “Sovet dövründə həmkarlar təşkilatı indiki qədər quruculuq, abadlıq işləri görməyib. Bu yaxınlarda dəmir yolu işçiləri həmkarlar təşkilatı öz vəsaiti hesabına pansionat tikib, rabitə işçiləri Nabranda pansionat inşa etdirib, təhsil işçiləri həmkarlar ittifaqı 10 hektar ərazidə böyük bir tikinti aparır və 2012-ci ilin sonunda istifadəyə veriləcək”.

S. Mehbalıyev həmkarlar ittifaqları üzvlərinin uşaqlarının da istirahətini təşkil etdiklərini söyləyib: “Altı minə yaxın uşaq və 1200 təhsil işçisini düşərgələrə göndəririk. Neft Akademiyasının, Tibb Universitetinin öz pansionatları var. Bundan əlavə, bütün sahə həmkarlar ittifaqları öz vəsaitləri hesabına özəl pansionatlara, istirahət mərkəzlərinə yollayışlar alıb, işçilərini 5-10 günlük istirahətə göndərirlər. Dörd ildir ildə 120 nəfər təhsil işçisi Antalyada pulsuz istirahət edirlər”.

S. Mehbalıyev əlavə edib ki, sanatoriyalarda məskunlaşmış qaçqın və köçkünlərin normal məişət şəraiti ilə təmin olunmuş evlərə köçürülməsi prosesi davam edir. Bu yaxınlarda Naftalan sanatoriyasında məskunlaşanlar da belə evlərə köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR