Bank Of Baku

AVCİYA-nın seçki qərargahı Xaçmazda tədbir keçirib

AVCİYA-nın seçki qərargahı Xaçmazda tədbir keçirib
# 09 iyun 2010 10:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı bu il keçiriləcək parlament seçkiləri ilə bağlı Xaçmaz şəhərində yerləşən regional ofisində tədbir keçirib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA işini üç mərhələdə qurmağı planlaşdırır. İlk növbədə assosiasiyanın regional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması, növbəti mərhələdə regionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treninqlər keçiriləcək.

Qurumun fəaliyyət planına uyğun olaraq Şirvan, Ağsu, Lənkəran, Zaqatala, Oğuz, Gəncə, Goranboy regional ofislərində də tədbirlərin keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə seçki müşahidəçiləri üçün yaddaş kitabçalarının nəşr olunub yayılması da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR