Bank Of Baku

Bakıda qaçqınların və sığınacaq axtaranların müdafiəsi mövzusunda seminar keçiriləcək

Bakıda qaçqınların və sığınacaq axtaranların müdafiəsi mövzusunda seminar keçiriləcək
# 09 iyun 2010 12:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 10-11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Şurasının təşkilatçılığı ilə “Qaçqınların və sığınacaq axtaranların müdafiəsi” mövzusunda seminar keçiriləcək. Avropa Şurasının Bakıdakı informasiya ofisindən APA-ya verilən məlumata görə, seminarın məqsədi qaçqınlarla bağlı məsələlərə baxan dövlət məmurlarının Avropa İnsan Hüquqları Konvensiyasının və onun presedent hüququnun tətbiqi sahəsində bacarıqlarını artırmaq, habelə qaçqınların və sığınacaq axtaranların müdafiəsinə görə dövlətlərin qaçqınların statusuna dair 1951-ci il tarixli BMT Konvensiyası üzrə vəzifələrini bir daha təsdiq etməkdir.

Tədbir bu mövzuya aidiyyəti olan müxtəlif dövlət orqanlarının - nazirliklərin və dövlət xidmətlərinin nümayəndələrini, eləcə də müxtəlif məhkəmələrin hakimlərini, o cümlədən Azərbaycanın rayonlarından olan hakimləri bir araya gətirəcək. Açılışda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Arun Sala Nqarm və Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR