Bank Of Baku

DSMF-nin Göyçay rayon şöbəsinin yeni binası istifadəyə verilib

DSMF-nin Göyçay rayon şöbəsinin yeni binası istifadəyə verilib
# 09 iyun 2010 12:45 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. İyunun 9-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Göyçay rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

APA-nın yerli bürosunun məlumatına görə, binanın açılış mərasimində iştirak edən DSMF-nin sədri Səlim Müslümov, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov şöbənin əməkdaşlarını və pensiyaçıları təbrik ediblər.

Tədbir iştirakçıları yeni binada yaradılan iş şəraiti ilə tanış olublar. Müasir standartlara cavab verən iki mərtəbəli inzibati bina müxtəlif avadanlıq və kompüterlə təchiz olunub. 14 762 pensiyaçıya xidmət edən şöbədə 30 nəfər çalışır. Şəffaflığın təmin edilməsi üçün “vahid pəncərə” sistemi yaradılıb və şöbə ümumi məlumat bazasına qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR