Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və beynəlxalq ekoregion konfransı keçiriləcək

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və beynəlxalq ekoregion konfransı keçiriləcək
# 09 iyun 2010 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İyunun 10-12-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq ekoregion konfransı keçirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli Parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, Milli Parklarda ekoturizm fəaliyyətinin tənzimlənməsi, müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu, Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivlər-problemlər, Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri, Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsi (Abşeron yarımadası, Çaylı kəndi timsalında) və s. məsələlər müzakirə olunacaq. Tədbirin son günündə -iyunun 12-də iştirakçılar üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına ekskursiya təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR