Bank Of Baku

Azərbaycan Prezident Administrasiyası soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiyanı baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərib

Azərbaycan Prezident Administrasiyası soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiyanı baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərib
# 09 iyun 2010 12:53 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı yaradılan komissiya işini yekunlaşdıraraq, hazırladığı konsepsiyanı Prezident Administrasiyasına təqdim edib: “Prezident Administrasiyasında isə sənədə baxılaraq, Ədliyyə Nazirliyinə göndərilib. Hazırda Ədliyyə Nazirliyi konsepsiyada əks olunan bir sıra məsələləri araşdırır. Nazirlik sənədə baxdıqdan sonra onu parlamentə göndərəcək. Bu sənəd bizim komitəyə də təqdim oluna bilər, Sosial siyasət komitəsinə də” .

N. Cəfərov deyib ki, yekun sənəddə soyad sonluqları ilə bağlı ictimaiyyətə açıqlanan variantlar olduğu kimi saxlanıb, hər hansı ciddi dəyişiklik edilməyib.

Qeyd edək ki, sözügedən komissiyanın hazırladığı konsepsiyada “ov”, “yev” soyad sonluqlarının yerinə dörd “lı”, “li”, “lu”, “lü”, şəkilçisiz variant, “oğlu və ya “qızı”, “gil”, eləcə də “soy” və “zadə” sonluğu məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR