Bank Of Baku

ADU-da Avstriya kitabxanası açılacaq – FOTO

ADU-da Avstriya kitabxanası açılacaq – <font color=red>FOTO </font>
# 09 iyun 2010 16:17 (UTC +04:00)
Bakı – APA. İyunun 9-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri, xanım Silviya Mayer Kaybiçlə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov Avstriyanın Qratz və Zalsburq universitetləri ilə əməkdaşlıqdan söz açıb və ADU-da fəaliyyət göstərən Avstriya Mərkəzinin fəaliyyəti haqda danışdı. O, ADU-da Avstriya kitabxanasının açılacağını söyləyib.

Qarşılıqlı əlaqələrdə bütün sahələrin vacib olduğunu deyən xanım Silviya Mayer Kaybiç də təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını bildirib. O, bu ay Avstriya xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və Azərbaycan Dillər Universitetində Avstriya kitabxanasının açılışına qatılacağını deyib.

Sonra qonaq Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olub, açılışı nəzərdə tutulan Avstriya kitabxanasına baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR