Bank Of Baku

Misirdə siqaret çəkilməsinə qadağa qoyulub

Misirdə siqaret çəkilməsinə qadağa qoyulub
# 10 iyun 2010 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ərəb dünyasında ən çox siqaret istehlak edən Misir ölkədə siqaretin çəkilməsinə qadağa qoymaq niyyətindədir.

«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, artıq İskəndəriyyə şəhərində bütün dövlət müəssisələrində siqaret istehlakı qadağan olunacaq.

Rəsmi məlumatlara əsasən, hər il Misirdə təxminən 19 mlrd. ədəd siqaret çəkilir ki, ölkə hökuməti millətin sağlamlığından narahatdır. Hökumət bir neçə dəfə vəziyyəti dəyişmək istəyib. Belə ki, 2007-ci ildə dövlət müəssisələrində siqaretin çəkilməsinə görə 19 ABŞ dolları həcmində cərimə tətbiq olunub. Lakin sözügedən tədbir heç bir nəticə gətirməyib.

Bununla yanaşı, Misirin bir sıra özəl və dövlət müəssisələri ofislərdə siqaretin çəkilməsinə tam qadağa qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR