Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və beynəlxalq ekoregion konfransı başlayıb - FOTO

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və beynəlxalq ekoregion konfransı başlayıb - <font color=red>FOTO</font>
# 10 iyun 2010 08:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekoturizm üzrə II ekspert qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq ekoregion konfransının açılışı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda İƏT-ə üzv 10 ölkədən 22-yə yaxın nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanovun açılış nitqindən sonra Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxı və slayd-şou nümayiş olunub.

İyunun 12-nə kimi davam edəcək konfransda Azərbaycanın milli parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, milli parklarda ekoturizm fəaliyyətinin tənzimlənməsi, müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu, Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivlər-problemlər, Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri, Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsinə dair (Abşeron yarımadası, Çaylı kəndi timsalında), konkret bir ekoturizm məhsulunun təqdimatı, Azərbaycanda ekoturizmin inkişafının sosial-iqtisadi aspektləri, ekoturizmin effektiv inkişafına mane olan problemlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR