Bank Of Baku

“Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi” gələn ildən qüvvəyə minəcək

“Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi” gələn ildən qüvvəyə minəcək
# 10 iyun 2010 10:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gələn ildən Azərbaycanda Dünya Bankının (DB) həyata keçirəcəyi “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi” qüvvəyə minəcək. Təhsil Nazirliyində “Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov APA-ya bildirib ki, ali təhsil layihəsi artıq 2011-ci il üçün Dünya Bankından sifariş olunan siyahısına salınıb. Layihənin məqsədi ali təhsil sistemində Azərbaycan hökuməti tərəfindən aparılan islahatlara dəstək verməkdir. İlkin olaraq, layihənin ali təhsil sisteminin maliyyələşdirilməsi, ali məktəblərdə kredit sisteminin, akkreditasiyanın tətbiqi məsələlərini əhatə etməsi nəzərdə tutulur. Layihə çərçivəsində ali məktəblərdə adambaşına maliyyələşdirmə sisteminə keçid, ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün kreditin ayrılması, hazırkı akkreditasiya qaydalarının dəyişdirilməsi kimi məsələlərə baxılacağı gözlənilir. Layihə çərçivəsində həm də ali təhsilə qrantlar ayrılacaq.

E. Rüstəmov bildirib ki, hazırda layihənin hazırlanması üçün hazırlıq işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR