Bank Of Baku

Ekoloji qanunvericiliyi pozanlara qarşı 76053,17 manat cərimə tətbiq edilib

Ekoloji qanunvericiliyi pozanlara qarşı 76053,17 manat cərimə tətbiq edilib
# 10 iyun 2010 10:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları mayın 15-dən 31-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 147 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 göstəriş verilib. Ümumilikdə 52 iş üzrə 76053,17 manat məbləğində cərimə tətbiq edilib. Bu vəsaitin 5046,61 manatı ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR