Bank Of Baku

Səhiyyə Nazirliyi: Su basan ərazilərdə malyariya və digər infeksion xəstəliklərin yayılması barədə məlumatlar əsassızdır

Səhiyyə Nazirliyi: Su basan ərazilərdə malyariya və digər infeksion xəstəliklərin yayılması barədə məlumatlar əsassızdır
# 10 iyun 2010 12:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Kür çayında baş verən daşqınlardan zərər çəkən rayonlarda malyariya, eləcə də digər infeksion xəstəliklərin yayılması barədə məlumatların heç bir əsası yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, həmin ərazilərdə hər gün iki dəfə dezinfeksiya işləri aparılır. Eyni zamanda əhalinin istifadə etdiyi içməli su daim yoxlanılır.

A. Qədirli su basan ərazilər qurudulduqdan sonra Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərin daha da güclənəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR