Bank Of Baku

Daşqın nəticəsində ölən heyvanların cəsədləri zərərsizləşdirilib

Daşqın nəticəsində ölən heyvanların cəsədləri zərərsizləşdirilib
# 10 iyun 2010 13:14 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı-APA. Daşqın nəticəsində ölən heyvanların cəsədləri tapılaraq zərərsizləşdirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Rəşid Abbasov bildirib. Rəis müavini Sabirabad rayonu ərazisində su basmış kəndlərinin ərazisindən tələf olmuş 133 baş iri buynuzlu, 207 baş xırda buynuzlu, 22532 baş ev quşlu, 8 it və 8 tək dırnaqlı ev heyvanlarının cəsədlərinin müəyyənləşdirildiyini deyib.

Heyvan cəsədləri müəyyən qurumların iştirakı ilə aktlaşdırıldıqdan sonra ayrılan yerlərdə basdırılaraq zərərsizləşdirilib. Ərazilər isə dezinfeksiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR