Bank Of Baku

Cənubi Koreyada 70-dan artıq azərbaycanlı gənc ali təhsil alır

Cənubi Koreyada 70-dan artıq azərbaycanlı gənc ali təhsil alır
# 10 iyun 2010 15:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov deyib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22, ümumilikdə isə 70-dan artıq azərbaycanlı gənc hazırda Cənubi Koreya universitetlərində təhsil alır. O, Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın DAEWOO şirkəti ilə birgə görülən işlərdən söz açaraq bu işin yaxın zamanlarda reallaşacağına ümid etdiyini söyləyib.

Səfir isə Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolunu nəzərə çatdırıb.

Görüşdə təhsildə “Elektron hökumət” layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr də aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR