Bank Of Baku

Bakı Caz Mərkəzində görmə qüsuru olan əlil uşaqlar üçün “Səsli nağıllar“ layihəsinin təqdimatı keçirilib - FOTO

Bakı Caz Mərkəzində görmə qüsuru olan  əlil uşaqlar üçün “Səsli nağıllar“ layihəsinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 10 iyun 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakı Caz Mərkəzində görmə qüsuru olan əlil uşaqlar üçün “Səsli nağıllar“ layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Azərsun Holding”in sponsorluğu, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə çıxış edən “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai birliyinin sədri Zərifə Şamıyeva bildirib ki, “Səsli nağıllar” Azərbaycan və dünya xalqlarının nümunələrindən seçilmiş beş - “Tıq-tıq xanım”, “Qoğal”, “Uç keçi və Div”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Qırmızı papaq” nağıllarının audio versiyası yer alıb. Onun sözlərinə görə, nağılların səsləndirilməsində Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Aysel Teymurzadə, Samirə, “Dəyirman” qrupundan Elmir və Malik, Çoşğun Rəhimov iştirak ediblər: “Bu layihənin həyata keçirilməsində əsas məqsəd kimsəsiz və gödən əlil uşaqlarda nağıllar vasitəsi ilə maarifləndirməkdir. Bu cür uşaqlar adətən 3 yaşından 8 yaşınadəkdir. Biz düşündük ki, onların oxumaq şansı olmadıqları üçün onlara bu cür yadım əlimizi uzadaq. Burada iştirak edən müğənnilərin hər biri ayrı-ayrı personajları canlandırıblar”. Z. Şamıyevanın sözlərinə görə, bu layihəni beynəlxalq səviyyə çıxarmaq üçün hazırda danışıqlar gedir və artıq Rusiya, eləcə də Fransa ilə müsbət nəticələr əldə olunub. Bu layihədə müğənnilər təmənnasız iştirak ediblər.
Mərasimdə xüsusi internat məktəblərindən və az təminatlı ailələrdən olan uşaqlara “Səsli nağıllar”ın audio diskləri hədiyyə verilib. Təqdimat mərasimində personajları səsləndirən estrada müğənniləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR