Bank Of Baku

Sosial tərəfdaşlıq proqramı çərçivəsində elan edilən maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlanıb

Sosial tərəfdaşlıq proqramı çərçivəsində elan edilən maliyyə yardımı  müsabiqəsinin nəticələri açıqlanıb
# 10 iyun 2010 15:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlanıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin ümumi maliyyə fondu 80 000 manat nəzərdə tutulub. Daxil olmuş QHT layihələrin çoxluğunu nəzərə alaraq, Şura digər layihələrin maliyyələşməsi üçün əlavə olaraq 80 000 manat vəsaitin ayrılması haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı ilə Şuranın cssn.gov.az və qhtxeber.az saytlarında tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR