Bank Of Baku

“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Qasımın andı” filminin təqdimatı keçirilib

“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Qasımın andı” filminin təqdimatı keçirilib
# 10 iyun 2010 15:40 (UTC +04:00)
Bakı - APA. Bu gün “Avrasiya Araşdırmalar İnstitutu” İctimai Birliyi “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Qasımın andı” filminin təqdimatını keçirib. APA-nın məlumatına görə, film Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, bu kəndin müdafiəsində qəhrəmanlıqla həlak olmuş Qasım Rzayevə həsr olunub. Filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi millət vəkili Qənirə Paşayevadır.

Tədbirdə giriş sözü ilə çıxış edən “Avrasiya Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Günel Paşayeva Qasım Rzayevin həyat yolundan söz açıb. Q. Rzayevin həyatının, qəhrəmanlığının hər kəs üçün örnək olduğunu qeyd edən G. Paşayeva Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə hər kəsi şəhidlik zirvəsinə ucalmağa hazır olmağa çağırıb.

Sonra film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Q. Rzayevi Azərbaycanın fəxri adlandırıb. Millət vəkili Q. Rzayevin torpaq, Vətən, millət uğrunda canından keçdiyini, dövlətin onu Milli Qəhrəman adına layiq gördüyünü vurğulayıb: “O, həyatı, qəhrəmanlığı ilə hər kəsə nümunədir. Xüsusən indiki gənclik onun kimi qəhrəmanlardan bəhs edən filmlərə baxmalı, ondan örnək götürməlidirlər”.

Tədbirdə çıxış edən digər natiqlər də film haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Q. Rzayev 1992-ci il mayın 14-də Əlibəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR