Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olan şikayətlər araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olan şikayətlər araşdırılıb
# 11 iyun 2010 07:16 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”i vasitəsilə Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində baş verən ekoloji fəlakətlər, ətraf mühitin mühafizəsi ilə əlaqədar hüquq pozuntuları və digər narahatedici hallar barədə məlumatlar qəbul edilir. Bu barədə APA-ya ETSN-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, “qaynar xətt”ə ağacların aşma təhlükəsinin olması barədə - 184 şikayət daxil olub. Ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olan şikayətlərdən 181-nə baxılıb. Onlardan 23 şikayətin əsassız olduğu müəyyən edilib, 38 şikayət üzrə yerində baxış keçirilərək ağacların aşdığı və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşındığı müəyyən olunub. 3 şikayət araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. 117 şikayətə vətəndaşlarla birlikdə yerində baxış keçirilərək Dövlət Ekspertiza İdarəsi tərəfindən qanunamüvafiq qaydada rəy verilib. 3 şikayətə baxılması isə hazırda icradadır.

Ağacların kəsilməsi ilə bağlı - 40 şikayət daxil olub. Şikayətlər nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb, aşkar olunan qanun pozuntuları ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılıb, inzibati hüquq pozuntuları ilə əlaqədar hüquq mühafizə və məhkəmə orqanlarına müraciətlər edilib. Tullantıların qalaqlanması və yandırılması ilə əlaqədar daxil olan 18 şikayət nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və şikayətçilərə cavab məktubu göndərilib. Çirkab suların axıdılması ilə bağlı - 4 şikayət isə aidiyyəti qurumların əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılaraq tədbir görülüb və şikayətçilərə bu barədə cavab məktubu göndərilib.
Torpaq sürüşməsi ilə bağlı daxil olan 13 şikayətdən 10-u ilə bağlı həmin ərazilərdə Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən mühəndis geoloji tədqiqatlar aparılıb və aidiyyəti orqanlara məlumat verilib.

Atmosfer havasının çirklənməsi ilə bağlı - 12 şikayət daxil olub, bunlar araşdırılıb və şikayətçilərə cavab məktubu göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR