Bank Of Baku

İtaliyada qadınlarla kişilərin pensiya yaşı bərabərləşdirilir

İtaliyada qadınlarla kişilərin pensiya yaşı bərabərləşdirilir
# 11 iyun 2010 07:53 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliya Nazirlər Kabineti dövlət sektorunda işləyən qadınlar üçün pensiya yaşını 2012-ci ildən 65 yaşa çatdırmaq barədə qərar qəbul edib.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, hazırda bu yaş həddi 60 yaşdır.

Yeni pensiya islahatı özəl sektorda çalışan qadınlara aid deyil. Bu qadınların pensiya yaşı fərqlənsə də, orta hesabla 61 yaş təşkil edir.

Əgər pensiya qanunvericiliyinə dəyişikliklər qüvvəyə minsə, İtaliyada qadınların və kişilərin pensiya yaşı bərabərləşəcək. Bu islahat çoxillik iş stajına malik şəxslərin 65 yaşdan da tez pensiyaya çıxmasına imkan verir.

Qeyd edək ki, İtaliya hökumətinin pensiya yaşını qaldırması büdcə kəsirini azaltmaq tədbirlərindən biridir. Gözlənilir ki, bununla 2012-ci ildə 50 mln. avroya, 2019-cu ildə isə 1,45 mlrd. avroya qənaət etmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR