Bank Of Baku

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
# 11 iyun 2010 08:44 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 34-38, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 12-də hava əsasən günəşli keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 34-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

İyunun 13-də hava az buludlu, yağmursuz keçəcək, şimal küləyi əsəcək. Gecə 22-25, gündüz 32-36 dərəcə isti olacaq.

İyunun 14-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.
Gecə 21-24, gündüz 34-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 12-də hava, əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 13-14-də hava, əsasən yağmursuz keçəcək. Lakin iyunun 13-də gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR