Bank Of Baku

Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də keçiriləcək

Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də keçiriləcək
# 11 iyun 2010 09:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də keçiriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. İmtahanın 2-ci mərhələsində 6861 bakalavrın iştirakı nəzərdə tutulsa da, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Bunu narahatedici məqam kimi qiymətləndirən M. Abbaszadə bildirib ki, proqram seçiminin vaxtı iyunun 12-də axşam bitir və uzadılmayacaq.

TQDK sədrinin sözlərinə görə, ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün indiyədək 30 idmançı müraciət edib və hazırda onların sənədləri araşdırılır. Bundan əlavə, beynəlxalq müsabiqədə iştirak edən 1 rəssam və 2 pianoçudan da müraciət daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR