Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional İdarəsi fəaliyyət başlayıb

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional İdarəsi fəaliyyət başlayıb
# 11 iyun 2010 09:45 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva – APA. Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) Xaçmaz Regional İdarəsi fəaliyyət başlayıb. APA-nın şimal bürosunun xəbərinə görə, Xaçmaz şəhərində inşa edilən yeni inzibati binanın açılış mərasimində DMX-nin rəisi Arzu Rəhimov, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev şimal bölgəsində Regional Miqrasiya İdarəsinin fəaliyyətə başlaması və burada əməkdaşlar üçün normal iş şəraitinin yaradılması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirib. DMX-nin dörd regional idarəsinin – Bakı, Şirvan, Yevlax və Lənkəran regional idarələrinin artıq işə başladığını nəzərə çatdıran Arzu Rəhimov Xaçmazdan sonra digər regionlarda da idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işlərinin intensiv davam etdiriləcəyini bildirib. Arzu Rəhimov müraciət edənlərin rahatlığının təmin edilməsi, onların regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmət fəaliyyətinin genişləndirilməsi məqsədilə qurumun regional idarələrinin təşkilinin səmərə verdiyini vurğulayıb. Daha sonra mərasim iştirakçıları Xaçmaz Regional Miqrasiya İdarəsinin müasir avadanlıqlarla təchiz olunan yeni ikimərtəbəli binasına baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR