Bank Of Baku

“Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqanda məktəblilər arasında idman yarışı təşkil edilib - FOTO

“Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqanda məktəblilər arasında idman yarışı təşkil edilib - <font color=red>FOTO</font>
# 11 iyun 2010 12:04 (UTC +04:00)
Bakı – APA. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqan rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində məktəblilər arasında idman yarışı təşkil edib. APA-nın məlumatına görə, yarışa Füzuli rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 məktəbin və Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinin orta məktəblərinin şagirdləri qatılıb. Şahmat, futbol, voleybol, qaçış, topla qaçış, hündürlüyə tullanma və digər idman növləri üzrə yarışlar “Təbiəti qoruyaq!” və “Ekologiya və sağlamlıq!” şüarları altında keçirilib. Yarışları hakim qismində qəsəbə orta məktəblərinin bədən tərbiyəsi müəllimləri idarə edib. Qaliblərə diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR