Bank Of Baku

Azərbaycan Tələbə Gənclər Təşkilatı və Belarus Tələbə Şurası arasında niyyət protokolu imzalanıb

Azərbaycan Tələbə Gənclər Təşkilatı və Belarus Tələbə Şurası arasında niyyət protokolu imzalanıb
# 11 iyun 2010 13:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatı və Belarus Respublikasının Tələbə Şurası arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb. APA-nın məlumatına görə, protokolu Azərbaycan tərəfdən Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov, Belarus tərəfdən Belarus Respublikasının Tələbə Şurasının sədri Çekuçevic Yuriy Valeriyevic imzalayıblar.

Protokolda tələbə özünüidarəetməsi sahəsində təcrübə mübadiləsi, tələbələr arasında qeyri-formal təhsil, elm və innovasiyalar sahəsində əməkdaşlıq təcrübəsinin mübadiləsi, tələbələr və tələbə təşkilatları arasında informasiya və kommunikasiya şəbəkəsinin inkişafı, ikitərəfli tələbə mübadiləsinin dəstəklənməsi və s. nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR