Bank Of Baku

Azərbaycanda «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası» təsdiqlənib

Azərbaycanda «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası» təsdiqlənib
# 11 iyun 2010 14:48 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə beş ildə bir dəfə sertifikasiyaya cəlb ediləcək. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilməyəcəklər.

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.

Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən pulsuz olaraq həyata keçiriləcək. Sertifikasiya prosesinin təşkili məqsədilə Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası yaradılacaq.

Qaydalarda sertifikasiya üçün tələb olunan sənədlərin siyahısı, test imtahanının keçirilməsi, cavab kartlarının yoxlanılması, müsahibələrin təşkili və s. göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR