Bank Of Baku

Amerikalı tələbələr Azərbaycan Dillər Universitetində yay məktəbi keçəcəklər

Amerikalı tələbələr Azərbaycan Dillər Universitetində yay məktəbi keçəcəklər
# 12 iyun 2010 09:17 (UTC +04:00)
Bakı-APA. İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ADU-da yay məktəbində iştirak edəcək amerikalı tələbələrlə görüş keçiriləcək. ABŞ-ın müxtəlif universitetlərini təmsil edən 8 tələbə Azərbaycan dilini, mədəniyyətini, tarixini, adət-ənənələrini öyrənmək məqsədilə 2 ay müddətində ölkəmizdə olacaqlar. Təqdimatda ADU-nun Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova iştirak edəcək. Qeyd edək ki, bu, Azərbaycan Dillər Universitetində ilk belə təcrübə deyil. Ötən ilin iyun ayının 5-dən avqust ayının 15-nə qədər ABŞ Dövlət Departamentinin dəstəyi ilə 8 amerikalı tələbə ADU-da yay məktəbində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR