Bank Of Baku

Avropa Birliyi Bakı Dövlət Universitetinin 498 min avroluq layihəsini maliyyələşdirəcək

Avropa Birliyi Bakı Dövlət Universitetinin 498 min avroluq layihəsini maliyyələşdirəcək
# 12 iyun 2010 09:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Mərkəzinin müdir müavini Mustafa Muradovun Avropa Birliyinin 7-ci Çərçivə Proqramına təqdim etdiyi “Elektronika və fotonika üçün nanotexnologiya platforması” adlı layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün təsdiqlənib. Universitetdən APA-ya verilən məlumata görə, layihədə Avropa Birliyi tərəfindən tərəfdaşlar Macarıstanın aparıcı Szeged Universiteti və Finlandiyanın Oulu Universitetidir. Layihənin maliyyə dəyəri 498000 avrodur. Layihənin həyata keçirilməsi Bakı Dövlət Universitetinin Avropanın aparıcı universitetləri ilə nanomateriallar və nanotexnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə yardım edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR