Bank Of Baku

Hüseynqulu Bağırov: “Dağ çaylarında su kəskin azalmağa başlayıb, vəziyyət sabitləşməyə doğru gedir”

Hüseynqulu Bağırov: “Dağ çaylarında su kəskin azalmağa başlayıb, vəziyyət sabitləşməyə doğru gedir”
# 12 iyun 2010 11:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Hazırda dağ çaylarında su kəskin azalmağa başlayıb. Vəziyyət sabitləşməyə doğru gedir. Dövlət başçısının sərəncamına uyğun olaraq, birinci növbədə yaranmış fəsadlar aradan qaldırılır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, Kür çayının daşmasından sonra yaranan fəsadların aradan qaldırılması üçün bütün sahələr üzrə yaradılan alt komitələr fəaliyyətlərini davam etdirirlər. Onun sözlərinə görə, fəlakət nəticəsində dəymiş ziyan hesablanır. H.Bağırov deyib ki, nazirliyin qarşısında gələcəkdə Azərbaycanda suların effektiv idarə olunması ilə bağlı şərt qoyulub və bu şərtin təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi çalışır: “Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir. Bunların içərisində çaylara bəndlərin vurulması, xaricdə formalaşan sularının miqdari və keyfiyyəti ilə bağlı vəziyyətin təhlil olunması, ola biləcək fəsadların aradan qaldırılması və digər məsələlərlə bağlı işlərin görülməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR