Bank Of Baku

Qarabağ Azadliq Təşkilatı “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi” adında broşur çap etdirib

Qarabağ Azadliq Təşkilatı “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi” adında broşur çap etdirib
# 12 iyun 2010 17:41 (UTC +04:00)
Bakı-APA. Qarabağ Azadlıq Təşkilatı “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi” adında broşur çap etdirib.
APA-nın verdiyi xəbərə görə, broşur yeddi dildə– Azərbaycan, Türkiyə türkcəsi, ingilis, rus, alman, fransız və gürcü dillərində nəşr edilib. Nəşrdə erməni dəstələrinin 1918-ci ildə Qubada törətdikləri vəhşilikləri, insanların kütləvi şəkildə qətlə yetirilməsi, Qubadakı kütləvi məzarlıqda ortaya çıxan dəhşətli faktlarla bağlı məlumat verilir. Broşura həmçinin Quba məzarlığında çəkilmiş fotoşəkillər daxil edilmişdir. Broşurun hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin erməni vəhşilikləri ilə bağlı məlumatlandırılmasıdır. Bu məqsədlə həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə Quba məzarlığının ziyarət edilməsi və Bakıda elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur. İyunun 17-də Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin QHT nümayəndələri Quba şəhərinə səfər edəcək, Quba məzarlığı ziyarət olunacaq və orada “Quba məzarlığı–erməni cinayətlərinin qanlı izi” adlı broşurun təqdimat mərasimi keçiriləcəkdir. İyunun 18-də, saat 1100-da Bakıda Atatürk Mərkəzində tədbirlər elmi-praktiki konfransla davam etdiriləcəkdir.Qarabağ Azadlıq Təşkilatı bu tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dətəyi Şurasının maliyyə yardımı ilə həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR