Bank Of Baku

Azərbaycan Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir
# 14 iyun 2010 14:33 (UTC +04:00)
Bakı – APA. Bu ilin iyun ayının 2-18-də Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının (BƏK) 99-cu sessiyası keçirilir.

Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında
daimi nümayəndəliyin birinci katibi İsmayıl Ələkbərovun APA-ya verdiyi məlumata görə, Azərbaycanı bu toplantıda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə həmçinin Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyasının təmsilçiləri daxildir. Azərbaycan təmsilçiləri iyunun 14-18-də keçirilən yüksək səviyyəli plenar iclaslarda iştirak edir.
N.Məmmədov öz çıxışında, qlobal iqtisadi və maliyyə böhranının təsirinin aradan qaldırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər və onların müsbət nəticələri barədə məlumat verib və əhalinin layiqli əməklə təmin olunması istiqamətində ölkəmiz ilə Beynəlxalq Əmək Təşkilatı arasında davam edən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Ermənistanın Azərbaycana davam edən təcavüzünün ölkəmizin sosial inkişaf imkanlarını məhdudlaşdırdığı qeyd edilib.
Tədbir çərçivəsinə Azərbaycan nümayəndə heyəti ilə Beynəlxalq Əmək Təşkilatının rəhbərliyi arasında görüşlər keçirilib və ölkəmizin bu beynəlxalq təşkilatla əməkdaşlığının genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Həmçinin, tədbir çərçivəsində bir sıra ölkələr, o cümlədən, Ukraynanın əmək və sosial siyasət naziri Vasili Nadraqa, Filippinin əmək və məşğulluq naziri Marianito Roq və Türkiyə nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR