Bank Of Baku

Noyabrda Bakıda “Oftalmologiyanın müasir aspektləri” mövzusunda elmi konfrans keçiriləcək

Noyabrda Bakıda “Oftalmologiyanın müasir aspektləri” mövzusunda elmi konfrans keçiriləcək
# 15 iyun 2010 09:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilatçılığı ilə noyabrın 12-də Bakıda “Oftalmologiyanın müasir aspektləri” mövzusunda elmi konfrans keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, konfrans gənc alimlər üçün təşkil olunur. Konfransda oftalmologiyanın aktual problemləri, oftalmologiyada diaqnostikanın yeni üsulları, uşaq yaşlarının patologiyası, kataraktanın cərrahiyyəsi, refraktiv cərrahiyyə, qlaukomanın müalicəsində müasir aspektlər, gözün arxa hissəsinin patologiyasında müalicənin müasir aspektləri, vitreoretinal cərrahiyyə, göz zədələnmələri və rekonstruktiv-bərpa cərrahiyyəsi, oftalmologiyada terapevtik yanaşmalar kimi məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR