Bank Of Baku

Yevlaxda yeni abidə kompleksinin açılışı olub - FOTO

Yevlaxda yeni abidə kompleksinin açılışı olub - <font color=red>FOTO</font>
# 15 iyun 2010 10:18 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. 15 iyun - Qurtuluş Günü münasibətilə Yevlax rayonunda tədbir keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayon ictimaiyyəti tədbir çərçivəsində şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin heykəlini ziyarət ediblər. Tədbir daha sonra Yevlax şəhərinin şərq girişində ucaldılmış qala divarlarının açılış mərasimi ilə davam etdirilib. Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, qala qapısının üzərində Yevlaxın inzibati ərazisinin başlanmasını bildirən yazı ilə yanaşı Yevlax rayonun spesifikliyini əks etdirən gerb də əks olunub. Gerbin üzərində Günəş, Simurq quşu, dəvə karvanı, sünbül və ay-ulduz simvolları əks olunub. Yaxın günlərdə abidə kompleksinin yanında 60 metr hündürlükdə dayaq üzərində Azərbaycan bayrağı qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR