Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, yağış yağacaq

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, yağış yağacaq
# 16 iyun 2010 08:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 35-37, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

İyunun 17-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Gecə 22-24, gündüz 33-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyunun 18-də havanın buludlu olacağı, iyunun 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hava səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 20-23, gündüz 32-35 dərəcə isti olacaq.

İyunun 19-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-23, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 17-də, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-27 dərəcə isti olacaq.

İyunun 18 və 19-da bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. İyunun 19-da gündüz, əsasən hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-27 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR