Bank Of Baku

Azərbaycanda yod çatışmazlığı xəstəliklərinin aradan qaldırılması ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycanda yod çatışmazlığı xəstəliklərinin aradan qaldırılması ilə bağlı dəyirmi masa keçirilib
# 16 iyun 2010 10:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda “Azərbaycanda Yod Çatışmazlığı Xəstəliklərinin aradan qaldırılmasının və Duzun Universal Yodlaşdırılmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, son 15 ildə səhiyyə ilə bağlı 15 qanun layihəsi hazırlanıb. 2001-ci ildə isə “Yod çatışmazlığı xəstəliklərinin profilaktikası” haqqında qanun layihəsi qəbul edilib: “Bu layihədə ilk dəfə imperativ normalar qoyuldu. Bu, həm istehsala, həm də istehlaka aid olundu. Gələn il bu qanunun qəbulundan 10 il keçəcək”.

UNİCEF Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Raşed Mustafa isə bildirib ki, 10 ildə yodlaşdırılmış duzun istehlak göstəriciləri 40 faizdən 93-95 faizə yüksəlib. Onun sözlərinə görə, duzun yodlaşdırılması sahəsində monitorinqin aparılması, müvafiq tərəfdaşlar arasında sıx əlaqələrin qurulması çox vacibdir.

Azərbaycan Tibb Universitetin kafedra müdiri, Yod Çatışmazlığı Xəstəliklərinin aradan qaldırılması üzrə milli koordinator İbrahim Əhmədov isə qeyd edib ki, zob xəstəliyi yod çatmazlığının yaratdığı fəsadlardan yalnız biridir: “Amma yod çatmazlığının əsas problemi fiziki və əqli inkişafa mənfi təsir göstərmə ilə bağlıdır. 1999-cu ildə aparılan tədqiqatlar uşaqların 86 faizində yod çatmazlığının olduğunu göstərib. 2000-ci ildən bununla bağlı geniş kampaniyaya başlanılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR