Bank Of Baku

Bakıda ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqları ilə bağlı seminar keçirilib

Bakıda ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqları ilə bağlı seminar keçirilib
# 16 iyun 2010 10:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqlarına dair seminar keçirib. APA-nın məlumatına görə, seminar iyunun 18-də qeyd olunacaq “Milli insan hüquqları günü” ilə bağlı təşkil olunub. Tədbir çərçivəsində tələbələrə insan hüquqları sahəsində mövcud qanunvericilik aktları haqqında, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər barədə, eləcədə təhsil müəssisələrində insan hüquqlarının təbliğ edilməsi və qorunmasında gənclərin iştiraklarının təmin edilməsi istiqamətində geniş məlumatlar verilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev vətəndaşların öz hüquqlarını bilməmələri nəticəsində baş verən xoşagəlməz hallardan danışıb. O, təhsil müəssisələrində insan hüquqlarının təbliğ edilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin, Ombusman Aparatının nümayəndələri insan hüquqlarının aliliyindən və onu bütün sahələrdə tətbiq etməyin zəruriliyindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR