Bank Of Baku

İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdləri təqdim edilib

İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdləri təqdim edilib
# 16 iyun 2010 10:32 (UTC +04:00)
Bakı-APA. İordaniya Haşimilər Krallığının ən qocaman və nüfuzlu ali təhsil müəssisəsi olan İordaniya Universitetinin iki əlaçı tələbəsinə Heydər Əliyev təqaüdləri təqdim edilib. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib. Məlumata görə, bu, Azərbaycan tarixində ilk dəfə olaraq həyata keçirilib. İordaniya Universitetində təşkil edilən mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı Heydər Əliyevin həyat və yaradıcılığı, zəngin siyasi irsi barədə məlumat verib. Azərbaycanla İordaniya arasındakı əlaqələrə toxunan səfir bu əlaqələrin yüksək templərlə və davamlı olaraq inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullah İbn Hüseynin müstəsna töhfə verdiyini vurğulayıb.
Sonra səfir universitetin tibb fakültəsinin 2-ci kurs tələbəsi İmad Dikkaya və Mühəndislik və texnologiya fakültəsinin 2-ci kurs tələbəsi Dua Suuda təqaüdləri təqdim edib, onlara bundan sonra da təhsillərində uğurlar diləyib. Təqaüdçülər Heydər Əliyevin adını daşıyan təqaüdlərlə təltif edildiklərinə görə Azərbaycan Prezidenti və hökumətinə minnətdarlıqlarını ifadə ediblər. Sonra rektor X. Kəraki Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Rektor təqaüdlərin Azərbaycanla İordaniya arasında daha bir körpü rolunu oynayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR