Bank Of Baku

Hadı Rəcəbli: “Şadlıq evlərindəki səs normasına Ekologiya və Təbii Sərvətlər yox, Mədəniyyət və Turizm Nazirliyi nəzarət etməlidir”

Hadı Rəcəbli: “Şadlıq evlərindəki səs normasına Ekologiya və Təbii Sərvətlər yox, Mədəniyyət və Turizm Nazirliyi nəzarət etməlidir”
# 16 iyun 2010 11:06 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinə lisenziya verdiyi kimi, şadlıq evlərinə də lisenziya verə bilər: “Hesab edirəm ki, lisenziya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilməlidir. Çünki bu, sırf mədəniyyətə aid məsələdir. Şadlıq evlərində mədəniyyət və turizmin elementləri var”.

H. Rəcəbli deyib ki, şadlıq evləri gələcəkdə müəyyən normativlər əsasında fəaliyyət göstərməli, bu normativlərə cavab verməyən şadlıq evlərinin fəaliyyəti dayandırılmalıdır: “Binalar akustika normalarına cavab vermir. Ona görə də səs bu divardan o birinə dəyib insanların psixikasına təsir edir. Səs mövcud sanitar-epidemioloji normalardan da 10 dəfədən 100 dəfəyədək artıqdır. Bu səs kontuziya səviyyəsindədir. Buna görə də şadlıq evləri normativlərə cavab verirsə, işləməli, vermirsə, işləməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR