Bank Of Baku

Güclü dolu Tovuz və Gədəbəy rayonlarında kənd təsərrüfatına ciddi ziyan vurub

Güclü dolu Tovuz və Gədəbəy rayonlarında kənd təsərrüfatına ciddi ziyan vurub
# 16 iyun 2010 11:17 (UTC +04:00)
Tovuz. Gədəbəy - Ayxan Hüseynov. Tovuz və Gədəbəy rayonlarında yağan güclü dolu bir sıra problemlər yaradıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, iyununun 12-dən 13-ə keçən gecə yağan güclü dolu Tovuz rayonunun 5 kəndində kənd təsərrüfatına və evlərin dam örtüyünə ciddi ziyan vurub. Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində daha intensiv dolu müşahidə olunub. Təxminən iki saat ərzində davam edən dolu dənələrinin çəkisi 50 qramadək olub. Kəndin 320 şəxsi təsərrüfatına ciddi ziyan dəyib, heyvandarlıq və quşçuluq sahələri də ziyansız ötüşməyib. Tovuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənovun APA-ya verdiyi məlumata görə, dolu əsasən Kirən, Əhmədabad, Abdal, Muncuqlu və Ağdam kəndlərinin təsərrüfatına ciddi ziyan vurub: “Hal-hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri adıçəkilən ərazilərdə dolu nəticəsində dəymiş ziyanla bağlı hesablamalar aparırlar”.
Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, dolu nəticəsində rayonun Pərizmanlı kəndində 40 nəfərə məxsus 15 hektar əkin ərazisinə ciddi ziyan dəyib, kənd arası yollar sıradan çıxıb. Dəymiş ziyanın dəqiq miqdarı hələlik məlum deyil. Komissiya nümayəndələri bununla bağlı hesablamalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR