Bank Of Baku

Bakı İslam Universitetində "dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Bakı İslam Universitetində "dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb
# 16 iyun 2010 11:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı İslam Universitetində "dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyat müddətini iyunun 20-dək uzadıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün “Elektron ərizə”sini təsdiq etdirmiş abituriyentlər iştirak edə bilərlər. Bunun üçün abituriyentlər iyunun 20-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR